Mətbəxt mebelləri o cümlədən evinizi tez-tez yeniləmək mümkün olmadığından seçim edərkən zamansız və uzun ömürlü modellərə üstünlük verilməyə çalışılmalıdır. Eviniz və büdcəniz üçün ən uyğun mebelləri kuxnamebeli.com-dan bir kliklə əldə edin!
Mətbəxt mebelləri seçərkən əsas diqqət yetirməli olduğunuz detal kabinetinizin qapı üslubudur. Qapılarınız mebellərinizin mərkəz nöqtəsidir. Seçilmiş qapı tərzi mətbəxinizin bütün atmosferini, interyer dizaynını dəyişdirə bilər.
Mebelin funksionallığına diqqət yetirin. Funksionallıq həmişə nəzərə alınmalıdır. Mətbəx yemək ləvazimatlarından elektronik əşyalara qədər bir çox əşyadan ibarət olur. Bu əşyaları elə yerləşdirmək lazımdır ki, siz həm vizual olaraq səliqəli görüntü əldə edəsiniz, həm də rahar iş sahəsinə sahib olasınız. Bunun üçün funksional mebellər sizin köməyinizə çatacaq.
Mətbəxtdə istifadə edəcəyiniz üslubu müəyyənləşdirmisinizsə mebel seçmək sizin üçün o qədər də çətin deyil. Seçəcəyiniz mebel mətbəxinizin üslubuna uyğun olmalıdır. Məsələn, daha modern bir görünüş istəsəniz, minimalist dolablarla birgə açıq rəngli mebellərə üstünlük verməlisiniz. Küncə yerləşdirilən mebellər də sizin üçün ən uyğun seçim sayılacaq. Bu tərzdə dizayn edilən dəzgah və mebellər sizə həm daha çox sahə qazandıracaq, həm də dekorasiyanızı rəngləndirəcək.
Mətbəxt mebelləri seçimi zamanı zidd rənglərin bir-biriylə yaratdığı kontrastdan istifadə etməyə çalışın. Rənglərlə birlikdə otaqlarınızı düzgün işıqlandırmağa da diqqət yetirin. Düzgün işıqlandırma sizə həm vizual, həm də funksional olaraq daha düzgün məkanlar əldə etməyinizə şərait yaradacaq.